Polis Kapitanı Elçin Səfərovun anım günüdür.
İllər elə qanadlıdır ki, inana bilmirsən… İnana bilmirsən ki, düz dörd İldir Elçin aramızda yoxdur.
Cismən yoxluğu bizi göyüm-göyüm göynətsədə hamı ondan danışır. Onun cəsurluğundan , cəsarətindən, qürurundan , qorxmazlığından və bir də gənc yaşında həyatını riskə ataraq öz ölümü ilə peşəsinə – polis adına verdiyi şərəfdən – danışır.
Bəli , danışılır. Və danışılacaq da…İllər , qərinələr ötsə belə.
Bu film kimi bir hadisə idi…
2021-ci ilin avqust ayında Yasamal rayonundakı maşın bazarında polislər “narkobaron” və yanındakı narkamanı yaxalamaq istəyirlər. Lakin silahlı olduqlarına görə, heç kimi yaxın buraxmadan oradan qaçmağa cəhd edirlər.
Elə bu vaxt Səbayıl rayon Polis İdarəsinin kapitanı, əməliyyatçı Elçin Səfərov hadisə yerinə gəlir. Artıq qaça bilməyəcəyini anlayan cinayətkarlardan biri əl qumbarasını partladır və yerindəcə ölür. Digəri isə qaçmağa çalışır. Lakin o çox uzağa gedə bilmir…
Partlayış nəticəsində ağır yaralanan , qan içində olan Elçin – bu cəsur , qorxmaz və yenilməz polis kapitanı – bütün ağrılara rəğmən onu maşın bazarının qarşısındakı şossedə çatıb yaxalayır , yerə yıxıb qandallayır.
Sonra isə Elçin Səfərov təcili hospitala aparılır.
Təəssüf ki , həkimlərin günlərlə göstərdikləri bütün səylərə baxmayaraq , Elçin Səfərovun həyatını xilas etmək mümkün olmur…
Bu igid , qəhrəman polis kapitanı gənc ömrünü riskə atıb , həyatını qurban verərək onlarla , yüzlərlə gənci “ağ ölüm”ün pəncəsindən xilas edib.
Bu da bir həqiqətdir ki, İgidlik , qəhrəmanlıq , qürur və qeyrət gendən gəlmədi.
Elçinin babası İsmixan Səfərov yaşadığı bölgənin sayılıb seçilən kişilərindən olub. Böyük el ağsaqqalı idi. Sözünün bütövlüyü , kəsərli xarakteri ilə tanınan İsmixan kişi həm də mehriban , səmimi və qürurlu , əyilməz bir insan kimi tanınır. 1970-80 -ci illərdə Qafanda ayrı-seçkilik edən erməni məmurlarına qarşı çıxan , onları sərt şəkildə ifşa edən adam idi o.
Elçin atasının da yolunu davam etdirirdi.

Atası polis polkovniki Rəşid Səfərov uzun illər Daxili İşlər Nazirliyində yüksək vəzifələrdə çalışıb. Bir neçə rayon polis idarəsinin rəisi olub. Hazırda təqaüddədir.
Elçin Səfərov Bakıda doğulub , Bakıda böyüyüb ,orta təhsilin də Bakıda alıb və Moskvada Polis Akademiyasını bitirib. Amma onun ən böyük arzusu ata-baba yurdunu ziyarət etmək idi.
Bu barədə dəfələrlə xeyli söhbətimiz olmuşdu. Deyirdi: “Zəngəzurun Qafan bölgəsinə getmək istəyirəm. Görmək istəyirəm Gığı kəndini…”
Gedə bilmədi…Görə bilmədi…
İçimdən bir hıçqırıq qopur:
Bilməzdik döngəlik var , dönüm var,
İtkinlik var, ayrılıq var , ölüm var…
Amma, sən ölmədin , ölməzliyə qovuşdun ay oğul…

RUHUN ŞAD OLSUN



Rövşən Vəliyev
