Ukrayna Rusiyanın Azərbaycan qazının da nəql olunduğu infrastruktura hücum etdiyini təsdiqləyib

Ukrayna ötən gecə Rusiya tərəfindən ölkənin qaz təminatı infrastrukturuna hücum edildiyini təsdiqləyib.

Xeberlenti.com xəbər verir ki, bununla bağlı məlumat Ukrayna Energetika Nazirliyinin saytında dərc edilib.

Qeyd olunur ki, Rusiya tərəfi Odessa regionundakı qaz nəqlinin həyata keçirildiyi stansiyaya məqsədyönlü şəkildə hücum edib.

“Bu, Rusiyanın enerji sektoruna və eyni zamanda, Azərbaycan, ABŞ və Avropadakı tərəfdaşlarımızla münasibətlərə, ukraynalıların və bütün avropalıların normal həyatına qarşı endirdiyi zərbədir”, – Ukrayna Energetika Nazirliyi vurğulayıb.

Energetika Nazirliyinin məlumatına görə, mütəxəssislər hücumun nəticələrini müəyyən etmək üçün hadisə yerində işləyirlər.

 

Xeberlenti.com

About Author