Sarayda transformator yandı – Abonentlər işıqsız qaldı

Abşeron rayonu Saray qəsəbəsində elektrik transformatoru yanıb.

Xeberlenti.com “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə avqustun 6-da qeydə alınıb.

Yanğın nəticəsində yüzlərlə abonentin elektrik təchizatı dayanıb, transformator tamamilə yararsız hala düşüb.

Bildirilir ki, bu kimi hadisələrə həddindən artıq yüklənmə halları səbəb olur.

Xeberlenti.com

About Author