“Biz İslam dünyasında elmi inkişafı ilhamlandırmaq kimi iddialı bir məqsədə sahibik və bu sahədə əməkdaşlıq edirik”.
APA xəbər verir ki, bu fikirləri bu gün Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətində Akademik Yusif Məmmədəliyevin 120 illiyinə həsr olunmuş beynəlxalq konfransda İCESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Maliki deyib.
O, Azərbaycan hökumətinin göstərdiyi daimi dəstəyə və strateji tərəfdaşlığa görə dərin minnətdarlığını bildirib: “Biz mədəni irs, elmi inkişaf, keyfiyyətli təhsil və mədəniyyətlərarası dialoq sahələrində əməkdaşlıq yolları yaratmışıq. Bu nailiyyətlər daha böyük zirvələr üçün möhkəm təməl təşkil edir”, – Baş katib vurğulayıb.
