Hökməli–Qobu yolunda baş verən avtomobil qəzasında ölənlərin sayı 3-ə çatıb.
Bu barədə Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən bildirilib.
Dekabrın 8-də saat 09:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qobu ərazisində yol-nəqliyyat hadisəsinin baş verdiyi barədə çağırış daxil olub.
Hadisə yerinə təcili tibbi yardım briqadası göndərilib. Təcili yardım briqadası 2 kişinin həkimlər gələnə qədər, bir qadının isə xəstəxanaya aparılarkən ölüm faktını qeydə alıb.
