Leyla Əliyeva Türkmənistanda Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılış mərasimində iştirak edib

Dekabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun Avaza filialının açılışı olub.

Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Qurbanqulu Berdiməhəmmədov adına Qayğıya ehtiyacı olan uşaqlara yardım üzrə xeyriyyə Fondunun tibb sahəsi üzrə vitse-prezidenti Oğulcahan Atabayeva iştirak ediblər.

Tədbirdə çıxış edən Oğulcahan Atabayeva bildirib ki,  fondun köməyi ilə indiyədək  yüzlərlə çətin tibbi əməliyyatlar olub və bir sıra tibb müəssisələri müasir avadanlıqlarla təmin edilib.  Xeyriyyə fondun vəsaiti hesabına  Türkiyə, Ukrayna, Rusiya, Əfqanıstan, Tacikistan və Fələstində fövqəladə və təbii fəlakətlərdən zərər çəkmiş uşaqlara humanitar yardımlar da göndərilib.

 

 

About Author