Mərakeşdə binaların çökməsi nəticəsində ölənlərin sayı artıb

Faciə ölkənin  Fəs şəhərində  baş verib.   Əl-Müstəqbəl rayonunda iki yaşayış binasının çökməsi  nəticəsində ölənlərin sayı 20 nəfəri keçib,  dağıntılar altından  çıxarılan  16 nəfərdən bəzilərinin vəziyyəti ağır qiymətləndirilir.  Çökmüş  iki binada səkkiz ailənin yaşadığı bildirilir.   İnsan itkisi və yaralıların dəqiq sayı axtarış-xilasetmə işləri başa çatandan sonra  məlum olacaq.

About Author