Faciə ölkənin Fəs şəhərində baş verib. Əl-Müstəqbəl rayonunda iki yaşayış binasının çökməsi nəticəsində ölənlərin sayı 20 nəfəri keçib, dağıntılar altından çıxarılan 16 nəfərdən bəzilərinin vəziyyəti ağır qiymətləndirilir. Çökmüş iki binada səkkiz ailənin yaşadığı bildirilir. İnsan itkisi və yaralıların dəqiq sayı axtarış-xilasetmə işləri başa çatandan sonra məlum olacaq.
Mərakeşdə binaların çökməsi nəticəsində ölənlərin sayı artıb
