Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib

Dövlətimizin başçısı  məktubuna görə  Trampa dərin təşəkkürünü bildirərək  onun xoş sözlərini, sülh və sabitlik naminə  göstərilən səylərimizlə bağlı  fikirlərini yüksək qiymətləndirdiyini qeyd edib.

Azərbaycan Prezidenti xüsusi vurğulayıb ki,  Donald Tramp tərəfindən münaqişələrin həllinə davamlı sadiqlik , dialoqun irəlilədilməsində şəxsi iştirakı və dünyanın müxtəlif bölgələrində gərginliyin azalmasına verdiyin töhfələr Nobel Sülh Mükafatı da daxil olmaqla, ən yüksək beynəlxalq tanınmaya tam layiqdir.

Prezident İlham Əliyev  əminliklə   bildirir  ki, davamlı dialoq və əməkdaşlıq vasitəsilə tərəfdaşlığımız ölkələrimizdə və onun hüdudlarından kənarda da sülhün, təhlükəsizliyin və rifahın möhkəmlənməsinə xidmət edəcək.

 

About Author