Dövlətimizin başçısı məktubuna görə Trampa dərin təşəkkürünü bildirərək onun xoş sözlərini, sülh və sabitlik naminə göstərilən səylərimizlə bağlı fikirlərini yüksək qiymətləndirdiyini qeyd edib.
Azərbaycan Prezidenti xüsusi vurğulayıb ki, Donald Tramp tərəfindən münaqişələrin həllinə davamlı sadiqlik , dialoqun irəlilədilməsində şəxsi iştirakı və dünyanın müxtəlif bölgələrində gərginliyin azalmasına verdiyin töhfələr Nobel Sülh Mükafatı da daxil olmaqla, ən yüksək beynəlxalq tanınmaya tam layiqdir.
Prezident İlham Əliyev əminliklə bildirir ki, davamlı dialoq və əməkdaşlıq vasitəsilə tərəfdaşlığımız ölkələrimizdə və onun hüdudlarından kənarda da sülhün, təhlükəsizliyin və rifahın möhkəmlənməsinə xidmət edəcək.
