Mərasim Nobel Fondunun sədri Astrid Söderberq Viddinqin çıxışı ilə başlayıb. O, çıxışında elmin bəşəriyyətin ümumi dili olduğunu vurğulayıb.
Musiqi proqramının müşayiəti ilə keçirilən mərasim zamanı Kral XVI Karl Qustav tərəfindən laureatlara medallar və diplomlar təqdim edilib.
İlk olaraq fiziklər Con Klark, Mişel H.Devore və Con M.Martinis mükafatlandırılıb. Daha sonra kimya, fiziologiya və ya tibb, ədəbiyyat və iqtisadiyyat üzrə laureatlar təltif olunub. Mərasimdə kral ailəsinin üzvləri, siyasətçilər və Nobel Fondunun nümayəndələri də daxil olmaqla təxminən 1300 qonaq iştirak edib. İlk dəfə olaraq müxtəlif məktəblərin yuxarı sinif şagirdləri də tədbirə dəvət olunub.
Mərasim Stokholm Bələdiyyə Binasında Nobel menyusu, əyləncə proqramı və rəqslərlə davam edib.
