Dekabrın 9-da Nizami Kino Mərkəzində festivalın bağlanış və mükafatlandırma mərasimi olub.
Gənc Kinematoqrafçılar Mərkəzinin təsis etdiyi festival bu il Azərbaycan Mədəniyyət Nazirliyi və Kino Agentliyinin təşkilatçılığı ilə “Baku Cinema Breeze 25” film festivalı çərçivəsində keçirilib.
Bağlanış mərasimində Mədəniyyət Nazirliyinin rəsmiləri, festivalın beynəlxalq tərkibli münsiflər heyətinin üzvləri, kino ictimaiyyətinin nümayəndələri və mədəniyyət xadimləri iştirak edib.
Tədbirdə çıxış edən Bakı Beynəlxalq Film Festivalının direktoru Fehruz Şamıyev builki festivalın bir sıra məqamlarla yadda qaldığını, layihəyə marağın ildən-ilə artdığını deyib. Qaliblər nominasiyalar üzrə “Qızıl nar” mükafatı və xüsusi diplomlarla təltif edilib.
Tədbirdə iki film nümayiş olunub.
