Beyləqanda ağacəkmə aksiyası keçirilib

Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində  Beyləqan rayonu ərazisində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib. 

Aksiyada Beyləqan Rayon İcra Hakimiyyətinin , hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.  Bu təşəbbüs eyni zamanda  yaşıllıq sahələrinin azalmasının yaratdığı ekoloji təhlükələrin qarşısını almağa, ağac əkilməsini təşviq etməyə və ətraf mühitin qorunmasına mühüm töhfədir.

About Author