Ulu Öndər Heydər Əliyevin anım günü ərəfəsində Beyləqan rayonu ərazisində genişmiqyaslı ağacəkmə aksiyası keçirilib.
Aksiyada Beyləqan Rayon İcra Hakimiyyətinin , hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə və müəssisələrin kollektivləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib. Bu təşəbbüs eyni zamanda yaşıllıq sahələrinin azalmasının yaratdığı ekoloji təhlükələrin qarşısını almağa, ağac əkilməsini təşviq etməyə və ətraf mühitin qorunmasına mühüm töhfədir.
