Bu mərhələdə Şuşakəndə 51 nəfərdən ibarət 14 ailə köçürülüb. Mənzillərin açarlarının təqdimat mərasimində işğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinin sürətlə davam etdiyi, yol, su, elektrik, qaz və digər kommunal infrastrukturun tam təmin olunduğu vurğulanıb.
Xocalının Ballıca və Badara kəndlərində də sakinlərə evlərin açarları təqdim edilib. Sakinlər də doğma yurda qayıtmağın sevincini bölüşüblər.
Açarların təqdimat mərasimində, Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəsmiləri və digər şəxslər iştirak edib.
