Azərbaycan boksçusu Sübhan Mamedov 48 kiloqram çəki dərəcəsində dünya çempionu olub.
19 yaşlı idmançımız Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən çemoinatda bu qələbəyə nail olub. Noyabrın sonunda U-23 Avropa çempionatının qalibi olan Ağcabədi boks məktəbinin yetirməsi finalda Rusiya təmsilçisi Edmond Xudoyanla qarşılaşıb. Sübhan rəqibini 4:3 hesabı ilə məğlub edərək dünya çempionatının qızıl medalına yiyələnib. Boksçumuz bununla da Azərbaycanın ən gənc dünya çempionu kimi tarixə düşüb.
Azərbaycn komandası 120 ölkənin qatıldığı dünya çempionatını 1 qızıl və 2 bürünc medalla başa vurub. Daha öncə millimizin üzvləri 92 kiloqram çəkidə yarışan Alfonso Dominqes və Məhəmməd Abdullayev 3-cü yeri tutmuşdular.
