Xəbər verildiyi kimi, Bakının Sabunçu rayonu ərazisində 44 yaşlı kişi qətlə yetirilib. Qətllə bağlı 19 yaşlı oğlu saxlanıb.
“Hadisə gecə saatlarında Ramana qəsəbəsinin Gülçülük sovxozu adlanan yaşayış sahəsində baş verib.
Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, 44 yaşlı İftixar Vəlizadə yaşadığı evdə kəsici alətlə qətlə yetirilib. Dərhal istintaq qrupu əraziyə gələrək araşdırmalara başlayıb.
19 yaşlı Ayxan Vəlizadə elə hadisə yerində şübhəli qismdə saxlanıb. Qonşular deyirlər ki, ailə həmin evi bir neçə ay əvvəl alıb. Qonşularla münasibətləri olmasa da, ailənin sakit olduğu bildirilir.
Qonşular onu da əlavə ediblər ki, mərhum İftixar Vəlizadə kombi ustası olub. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.
