Bakıda 44 yaşlı kişinin qətlinin təfərrüatı

Xəbər verildiyi kimi, Bakının Sabunçu rayonu ərazisində 44 yaşlı kişi qətlə yetirilib. Qətllə bağlı   19 yaşlı oğlu saxlanıb.

“Hadisə gecə saatlarında  Ramana qəsəbəsinin Gülçülük sovxozu adlanan  yaşayış sahəsində  baş verib.

Hüquq-mühafizə orqanlarına məlumat daxil olub ki, 44 yaşlı İftixar Vəlizadə yaşadığı evdə kəsici alətlə qətlə yetirilib. Dərhal istintaq qrupu əraziyə gələrək  araşdırmalara başlayıb.

19 yaşlı Ayxan Vəlizadə elə hadisə yerində şübhəli qismdə saxlanıb. Qonşular deyirlər ki, ailə həmin evi bir neçə ay əvvəl alıb. Qonşularla münasibətləri olmasa da, ailənin sakit olduğu bildirilir.

Qonşular onu da əlavə ediblər ki, mərhum İftixar Vəlizadə kombi ustası olub. Faktla bağlı cinayət işi başlanıb, istintaq davam edir.

About Author