Ordubadın dağlıq ərazilərində qarın hündürlüyü 25 santimetrə çatıb

Dekabrın 13-ü saat 10-a olan məlumata əsasən, muxtar respublika ərazisində yağıntılı hava şəraiti davam edir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya Mərkəzindən  bildirilib ki, bəzi dağlıq ərazilərdə sulu qar və qar yağır, duman müşahidə olunur.

Qarın  qalınlığı  Ordubad rayonun yüksək dağlıq ərazilərində  25, Parağaçaq Qar Uçqunu Stansiyasında 5 santimetrdir.  Şahbuz rayonunun Kükü və Biçənək kəndlərində isə çox nazik qar təbəqəsi var.

About Author