“Ruslar çox danışırdılar, Kupyanskda əsgərlərimizin yanındayam” – Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Xarkov vilayətinin Kupyansk şəhərindən videomüraciət yayımlayıb.

O, teleqram kanalında paylaşım edərək,  həmin  istiqamətdə mövqelərin möhkəm şəkildə qorunduğunu bildirib.

“Bu gün Kupyansk istiqamətində, Ukrayna üçün bütün tapşırıqları yerinə yetirən əsgərlərimizin yanındayam. Ruslar Kupyansk barədə çox danışırdılar, amma reallıq ortadadır. Bölmələrimizə baş çəkib   onları təbrik etdim. Burada döyüşən hər kəsə təşəkkür edirəm”, – deyə Zelenski  bildirib.

Xatırladaq ki, ötən ay Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov son iclasda Prezident Vladimir Putinə    şəhərin tamamilə Rusiya ordusunun nəzarətində olduğunu məruzə etmişdi.

Zelenskinin sözügedən paylaşımı isə bu iddiaları təkzib edir. Rusiya mediası tərəfindən  Ukrayna liderininin həmin videonu  daha əvvəl çəkdiyi iddia olunur.

About Author