Britaniyanın Baş naziri Keir Starmer və Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Ukraynaya dəstək məqsədilə dondurulmuş Rusiya aktivlərinin istifadəsini müzakirə etmək üçün telefon danışığı aparıblar.
Söhbət zamanı Ukrayna münaqişəsinə son qoymaq üçün ABŞ-ın təklif etdiyi sülh planı üzərində aparılan işlər müzakirə olunub. Starmer və Fon der Lyayen razılaşıblar ki, indi Ukraynanın gələcəyi üçün həlledici məqamdır. Qeyd olunub ki, ədalətli və davamlı sülh üçün Avropa lazım olduğu müddətcə Ukraynanı dəstəkləyəcək.
Həmçinin dondurulmuş Rusiya aktivlərinin istifadəsi ilə bağlı irəliləyişlər müzakirə olunub.
