Yevlaxda üç avtomobilin aşdığı qəza baş verib.
Yol-nəqliyyat hadisəsi rayonun Hacıselli kəndi ərazisindən keçən magistral yolda olub.
İdarəetmədən çıxan yük maşını “Opel” və “Mercedes” markalı avtomobillərlə toqquşub. Zərbənin təsirindən “Opel” yolun sol hissəsindəki su kanalına, “Mersedes” yolun sağ hissəsinə, yük maşını isə yolun ortasına aşıb.
Qəza zamanı yük avtomobilində olan broyler toyuq məhsulları ətrafa dağılıb.
Faktla bağlı araşdırma aparılır.
