Yevlaxda iki minik maşını ilə toqquşan yük avtomobilinin apardığı broyler toyuq məhsulları yola dağılıb.

Yevlaxda üç avtomobilin aşdığı qəza baş verib. 

Yol-nəqliyyat hadisəsi rayonun Hacıselli kəndi ərazisindən keçən magistral yolda olub.

İdarəetmədən çıxan  yük maşını “Opel” və “Mercedes” markalı avtomobillərlə toqquşub. Zərbənin təsirindən “Opel” yolun sol hissəsindəki su kanalına, “Mersedes” yolun sağ hissəsinə, yük maşını isə yolun ortasına aşıb.

Qəza zamanı yük avtomobilində olan broyler toyuq məhsulları ətrafa dağılıb.

Faktla bağlı araşdırma aparılır.

About Author