Prokuror Ruben Vardanyanın azadlıqdan ömürlük məhrum olunmasını təklif edib

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi dekabrın 18-də davam etdirilib.

Bakı Hərbi Məhkəməsində keçirilən məhkəmə iclasında dövlət ittihamını müdafiə edən prokuror çıxış edib.

Prokuror çıxışında Ruben Vardanyanın  azadlıqdan ömürlük  məhrum olunmasını  təklif edib.

About Author