Sülh gündəliyinə uyğun olaraq Azərbaycandan Ermənistana neft məhsullarının ixracına başlanıb

Bu gün 22 vaqona yüklənmiş 1220 ton Aİ-95 markalı avtomobil yanacağı Azərbaycan Dövlət Dəmiryollarına məxsus yük qatarı ilə Bakıdan  Böyük Kəsik stansiyası istiqamətinə yola salınıb. Yük oradan Gürcüstan vasitəsilə Ermənistana çatdırılacaq. Bu, sülh gündəliyinin təkcə deklarativ xarakter daşımadığını, eyni zamanda praktiki müstəvidə gerçəkləşdirildiyini əyani şəkildə göstərir.

Azərbaycan neft məhsullarının Ermənistana ixracı sülh prosesinin iqtisadi əhəmiyyətini  əks etdirməklə, iki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin yaradılması istiqamətdə mühüm addımdır. Bu, həm də regionda iqtisadi-ticarət əlaqələrinin inkişafına, gələcək dövrdə region ölkələri arasında əlaqələrin genişlənməsinə töhfə verəcək.

About Author