Qazaxda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi olub.
Qəza hərəkətdə olan avtomobilin idarəetmədən çıxması səbəbindən baş verib. Maşının yolun kənarındakı divara çırpılması nəticəsində 24 yaşlı Nicat Alıyev elə hadisə yerində həyatını itirib. 1996-cı il təvəllüdlü Mustafa Vələdov isə xəsarət alaraq xəstəxanaya çatdırılıb. Dərhal yaralıya yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.
