“Bürc Xəlifə”yə ildırım düşdü

Birləşmiş Ərəb Əmirliklərinin  Dubay şəhərində yerləşən dünyanın ən hündür binası “Bürc Xəlifə”yə ildırım düşüb.

168 mərtəbədən ibarət göydələnin hündürlüyü 830 metrə yaxındır.  Binanı ildırım vurmasının görüntüsü internetdə yayımlanıb.  Bildirilir ki,  leysan səbəbindən  Dubay hava limanının işində problem yaranıb və 200-dən çox reys gecikib. Güclü yağışla əlaqədar ölkənin  bir sıra  şəhərlərini su basıb.

Ölkə rəhbərliyi sakinləri evlərini tərk etməməyə, su basmış ərazilərdən uzaq durmağa, eləcə də, səfərlərini təxirə salmağa çağırıb.

Milli Meteorologiya Mərkəzi leysanın və güclü küləyin davam edəcəyini proqnozlaşdırır.

 

About Author