Hadisə Bideyiz kəndi ərazisində baş verib. Dekabrın 20-si saat 23 radələrində canavar kənd sakinləri 1998-ci il təvəllüdlü Nazilə Qurbanova, 1976-cı il təvəllüdlü Sevinc Qurbanova, 1973-ci il təvəllüdlü Gündüz Lətifov, 1998-ci il təvəllüdlü Fariz Lətifov və 2020-ci il təvəllüdlü Zaur Qurbanova hücum edərək onlara müxtəlif dərəcəli xəsarətlər yetirib. Yaralılar xəstəxanaya aparılıb. Rayonun müvafiq qurumlarına hadisə barədə məlumat verilib.
Şəki rayonunda kəndə hücum edən canavar 5 nəfəri yaralayıb
