Bir gündə La-Manşı 800-dən çox miqrant keçib

Dekabrın 20-də 13 kiçik qayıqla 800-dən çox miqrant La-Manş boğazını keçərək ölkəyə daxil olub.

Bu barədə Böyük Britaniyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. Qeyd olunub ki, bu göstərici son illərdə dekabr ayı üçün qeydə alınan ən yüksək  göstərici hesab olunur. Belə  artım son günlər müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən keçidi ləngiyənlərin yığılması ilə əlaqələndirilir.  İlin əvvəlindən bəri  La-Manşı keçən miqrantların ümumi sayı 41 min 455 nəfərə çatıb. Bu da bütün 2024-cü il üzrə qeydə alınmış 36 min 816 nəfərlik göstəricini üstələyir. “Home Office” nümayəndəsi bildirib ki, kiçik qayıqlarla həyata keçirilən bu cür keçidlər qəbuledilməzdir və Britaniya ictimaiyyəti daha yaxşı həll yolları gözləyir. Qeyd olunur ki, 803 miqrant Britaniyanın sərhəd qüvvələri tərəfindən sahilə çıxarılaraq Dover limanına gətirilib.

About Author