“Azərpoçt” təyyarə faciəsinə həsr olunmuş poçt markasının dünyada yayılmasına çalışacaq

“Azərbaycan Hava Yolları”-na məxsus təyyarənin   ötən il dekabrın 25-də   Qroznı səmasında  Rusiya Hava Hücumundan  müdafiə qüvvələrinin atdığı raketlə zədələnərək Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğramasının bir ili tamam olur. 

Faciənin ildönümü  və qəza   zamanı həlak olanların xatirəsinə ehtiram əlaməti kimi  AZAL və “Azərpoçt”un birgə təşəbbüsü ilə   poçt markası buraxılıb.  Təqdimat mərasimi Azərbaycan Tarixi Muzeyində keçirilib.   Markanın nümunəsi muzeydə xüsusi ekspozisiya kimi nümayiş etdirilib. Markanın dizaynında yer alan sonsuzluq  rəmzi  faciəli hadisənin, onun qurbanlarının və milli tariximizdə iz qoymuş  heyət üzvlərinin  qəhrəmanlığının yaddaşlarda daim yaşadılmasını ifadə edir.  Layihə faciə qurbanlarının  xatirəsinə  ehtiramı  ifadə etməklə yanaşı, ekstremal şəraitdə peşəkar və fədakar fəaliyyəti nəticəsində 29 nəfərin həyatını xilas etmiş   heyət üzvlərinin  qəhrəmanlığını ön plana çıxarır.

Təqdimat mərasimində AZAL və “Azərpoçt”-un rəsmi şəxsləri ilə yanaşı qəzada sağ qalan bələdçilər – Aydan Rəhimli və Zülfüqar Əsədov da iştirak edib. Xatirə poçt markalarının satışından əldə edilən bütün vəsait “YAŞAT” Fonduna ianə olunacaq.

 

About Author