İki xarici təyyarə Bakı aeroportuna məcburi eniş edib

“Finnair” aviaşirkətinə məxsus, Helsinki – Puket marşrutu üzrə uçan  hava gəmisinin kapitanı, göyərtədə olan sərnişinlərdən birinin səhhətinin qəfil pisləşməsi səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş üçün müraciət edib. “Airbus A350” tipli  təyyarə  yerli vaxtla gecə saat 1    radələrində  Bakı hava limanına enib. Dərhal  sərnişinə  ilkin tibbi yardım göstərilərək  şəhər klinikalarından birinə yerləşdirilib.

Hava gəmisi saat  iki saatdan sonra  təyinat məntəqəsi itiqamətində  havaya qalxıb.

“Cargolux Airlines” aviaşirkətinə məxsus, Çjençjou – Aşqabad marşrutu üzrə hərəkət edən hava gəmisinin kapitanı isə  təyinat aeroportunda mövcud olan əlverişsiz meteoroloji şərait səbəbilə Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

Boeing 747 tipli hava gəmisi  yerli vaxtla saat 08:32-də Bakı aeroportuna təhlükəsiz  eniş edib.

Bütün tədbirlər müəyyən olunmuş  prosedurlara və beynəlxalq aviasiya təhlükəsizliyi standartlarına tam uyğun şəkildə həyata keçirilib.

About Author