Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı dekabrın 23-də məhkəmənin baxış iclası keçirilib. İclasda iş üzrə şahid qismində cəlb edilmiş şəxslərin ifadələri dinlənilib. İttiham aktına əsasən təqsirləndirilən şəxslərdən İslam Babayev Ayxan Məmmədov və Murad Məmmədovla birlikdə yanına hazırlığa gələn və ya tanışı olan abituriyentlərə müxtəlif məbləğdə pul qarşılığında imtahan günü xüsusi ayaqqabıların içərisinə cihaz yerləşdirməklə köməklik göstərə biləcəklərini vəd ediblər.
Abituriyentlərdən bəziləri texniki vasitələrlə imtahan binasına daxil olarq istifadə edib, bəziləri texniki nasazlıq səbəbindən onlardan istifadə edə bilməyib, digərləri növbəti imtahanda üzərində qurğular aşkarlandığı üçün imtahana buraxılmayıb, bəziləri isə girişdə yoxlamadan çəkindiklərinə görə ayaqqabılarını dəyişərək binaya daxil olubr. 11 abituriyentdən 9-nun imtahan nəticəsi ləğv edilərək ixtisas seçiminə buraxılmayıb. İş üzrə şahid qismində adı hallanan 2 abituriyent binaya daxil olana qədər texniki vasitələri çıxarıb adi qaydada imtahana girdikləri üçün onların nəticələri ləğv edilməyib.
Qeyd edək ki, Məhkəmin növbəti iclası yanvarın 22 -ə təyin olunub.
Bildirilir ki, elə həmin gün imtahanlarda qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı digər cinayət işi üzrə təqsirləndirilən şəxslər Gündüz Abbasov Kamran Əsədovun da məhkəməsi keçiriləcək.
