Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə ilə bağlı məhkəmənin baxış iclası olub.

Qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı dekabrın 23-də məhkəmənin baxış iclası keçirilib. İclasda iş üzrə şahid qismində cəlb edilmiş şəxslərin ifadələri dinlənilib.   İttiham aktına əsasən təqsirləndirilən şəxslərdən   İslam Babayev  Ayxan  Məmmədov və  Murad Məmmədovla birlikdə yanına hazırlığa gələn və ya tanışı olan abituriyentlərə  müxtəlif məbləğdə pul  qarşılığında    imtahan günü xüsusi ayaqqabıların içərisinə cihaz yerləşdirməklə  köməklik göstərə biləcəklərini  vəd ediblər.

Abituriyentlərdən bəziləri texniki vasitələrlə imtahan binasına daxil olarq  istifadə edib, bəziləri texniki nasazlıq səbəbindən onlardan istifadə edə bilməyib,  digərləri  növbəti imtahanda üzərində qurğular aşkarlandığı üçün imtahana buraxılmayıb,  bəziləri isə girişdə yoxlamadan çəkindiklərinə  görə   ayaqqabılarını dəyişərək  binaya daxil olubr. 11 abituriyentdən 9-nun imtahan  nəticəsi ləğv edilərək ixtisas seçiminə buraxılmayıb. İş üzrə şahid qismində adı hallanan 2 abituriyent binaya daxil olana qədər  texniki vasitələri çıxarıb adi qaydada imtahana  girdikləri üçün onların nəticələri ləğv edilməyib.

Qeyd edək ki, Məhkəmin növbəti iclası  yanvarın 22 -ə  təyin olunub.

Bildirilir ki, elə  həmin gün  imtahanlarda qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı digər  cinayət işi üzrə təqsirləndirilən şəxslər  Gündüz Abbasov  Kamran Əsədovun da  məhkəməsi keçiriləcək.

About Author