Milli Məclisin keçmiş sədri Oqtay Əsədovun qızı vəfat edib.
Bu barədə “Xəbər Lenti” saytına 40 yaşında dünyasını dəyişən Nərminə Əsədovanın yaxın qohumu məlumat verib. Uzun müddət xərçəng xəstəliyi ilə mübarizə aparan mərhum Türkiyədə müalicə alırmış.
Qeyd edək ki, iki övlad atası olan Oqtay Əsədov 2005-ci ilin dekabrından 2020-ci ilin martına qədər Milli Məclisin sədri vəzifəsində çalışıb. Dünyasını dəyişən onun kiçik qızıdır. Allah rəhmət eləsin. Vaxtsız həyatdan getmiş Nərminə Əsədovanın bütün doğma və yaxınlarının kədərinə şərik olur, bu ağır itki ilə əlaqədar dərin hüznlə başsağlığı veririk.
