Britaniya kralı da insanları sosial mediadan uzaqlaşmağa çağırıb

Kral III Çarlz Milad Günü ilə bağlı ənənəvi müraciətində  bayram günlərində britaniyalıları   rəqəmsal detoks etməyə,  ailə, dostlar, qonşularla  ünsiyyətə  daha çox vaxt ayırmağa çağırıb.

O  bildirib ki, müasir  həyat getdikcə daha sürətlə dövr edir və bu proses xüsusilə gənclər üçün ciddi rəqəmsal yüklənmə yaradır. Kralın  sözlərinə görə, sosial mediadan bir qədər uzaqlaşmaq, ətrafımızdakı insanları daha yaxından tanımaq və yeni dostluqlar qurmaq daxili rahatlıq üçün vacibdir.

Bu,  hakimiyyəti dövründə III Çarlzın  Milad müraciətini iqamətgahından kənarda lentə aldığı ikinci haldır. Bu ilki çıxış Vestminster Abbatlığında yerləşən Kral ailəsinin minillik mənəvi mərkəzi hesab olunan – 15 Kral və Kraliçanın məzarının yerləşdiyi VII Henrix kapellasında çəkilib.

About Author