Astara Gömrük-keçid idarəsində 58 kiloqram 610 qram həşiş və 89 kiloqram 705 qram marixuana, ümumilikdə 148 kiloqramdan artıq qnunsuz narkotik vasitə aşkar edilərək dövriyyədən çıxarılıb.
Narkotik vasitə ölkəmizdən tranzit keçməklə İrandan Rusiyaya “kərəviz və kahı” yükü aparan nəqliyyat vasitəsində aşkarlanıb.
Stasionar rentgen qurğusunda baxış zamanı şübhəli cizgilər müşahidə edildiyindən yük avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə gömrük yoxlaması aparılıb.
Nəqliyyat vasitəsindəki 2 paletdə gömrük nəzarətindən gizlədilən, xalis təmiz çəkisi 58 kiloqram 610 qram narkotik vasitə – həşiş və 89 kiloqram 705 qram narkotik vasitə – marixuana aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
