Dünya aviasiya tarixində ilk dəfə pilotsuz təyyarələrin bir-birinə yaxın məsafədə uçuşu olub

Dünya aviasiya tarixində ilk dəfə olaraq Türkiyədə iki pilotsuz döyüş təyyarəsi  bir-birinə çox yaxın məsafədə uçub. Sınaq uçuşu zamanı  “Bayraktar Kızılelma” nın üçüncü prototipi PT3 və beşinci prototipi PT5 bir-birinin ardınca havaya qalxıb.  “Baykar” mühəndisləri tərəfindən hazırlanmış ağıllı filo avtonomiyası alqoritmləri sayəsində bir-biri ilə koordinasiyalı şəkildə hərəkət edən hava  maşınları döyüş pilotu rejimində  uçuş həyata keçirib. Bununla da, dünya aviasiya tarixində ilk dəfə iki pilotsuz döyüş təyyarəsi avtonom olaraq bir-birinə çox yaxın məsafədə uçuşu icra edib. Sınaq Çorluda yerləşən “AKINCI” Uçuş Təlim və Sınaq Mərkəzində aparılıb.

About Author