ABŞ Prezidenti Donald Tramp Florida ştatında yerləşən Mar-a-Laqo iqamətgahında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşüb. 3 saatdan çox davam edən görüşdə Rusiya ilə Ukrayna arasındakı müharibəyə son qoymaq üçün təklif edilən 20 maddəlik sülh planı müzakirə olunub. Görüşdən əvvəl Tramp rusiyalı həmkarı Vladimir Putinlə telefonla danışıb. Müzakirələrdən sonra keçirilən birgə mətbuat konfransında Zelenski deyib ki, sülh planı 90 faiz, ABŞ-Ukrayna təhlükəsizlik zəmanətləri və hərbi aspektlər isə 100 faiz razılaşdırılıb. Həmçinin ABŞ-Avropa-Ukrayna təhlükəsizlik zəmanətləri ilə bağlı demək olar ki, razılıq əldə olunub. ABŞ Prezidenti Donald Tramp isə Rusiya-Ukrayna münaqişəsində ərazi məsələsinin hələ həll olunmadığını bildirib. “Bu, onların həll etməli olduqları bir məsələdir. Amma düşünürəm ki, işlər düzgün istiqamətdə gedir”, – deyə Tramp vurğulayıb. Xatırladaq ki, bu Zelenskinin Trampla görüşmək üçün ABŞ-a beşinci səfəridir.
Florida ştatında ABŞ və Ukrayna prezidentləri 3 saatdan çox müzakirə aparıb
