Ukrayna Silahlı Qüvvələri Rusiyanın Çelyabinsk vilayətindəki Şaqol aerodromunda bir “Su-57” qırıcısını və bir “Su-34” qırıcı-bombardmançı təyyarəsini məhv edib.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, təyyarələrin məhv edilməsi Rusiyanın Ukraynadakı mülki hədəflərə zərbə endirmək qabiliyyətini azaltmaq tədbirlərinin bir hissəsidir.
Qeyd olunur ki, təyyarələr PUA-lar vasitəsilə vurulub. Zərərin miqyası hazırda müəyyən edilir. Əlavə olunur ki, bu aerodrom Ukrayna sərhədindən təxminən 1700 km məsafədə yerləşir.
