ABŞ Prezidenti Donald Tramp Ağ Evdə milli təhlükəsizlik komandası ilə təcili iclas keçirib.
Bu barədə “Axios” portalı məlumat yayıb.
Məlumata görə, iclasda İranla artan gərginlik, son zərbələr və növbəti addımlar barədə müzakirələr aparılıb.
Qeyd olunur ki, Tramp nüvə sazişi ilə bağlı danışıqların uzanmasından narazıdır və İranın ABŞ-ı vaxtı uzatmaqla aldatdığını düşünür.
