“Greenpeace” mütəxəssisləri müəyyən ediblər ki, planetin ən varlı insanlarının bir faizi illik istixana qazı tullantılarının təxminən dörddəbirinə nəzarət edir.
Araşdırma “Guardian” nəşrində dərc edilib.
Söhbət şirkətlərə və aktivlərə sahiblikdən yaranan tullantılardan gedir. Təşkilatın hesablamalarına görə, Yer kürəsinin ən varlı insanları hər il iqlimə təxminən trilyonlarla dollar dəyərində zərər vururlar.
“Greenpeace” hesablayıb ki, ən varlı insanların ən zirvədə olan 1%-lik hissəsi (2 milyon dollardan çox sərvəti olanlar) “mülkiyyət tullantıları” adlanan emissiyaların təxminən 40%-nə cavabdehdir. Bunlar müəssisələr və özəl aktivlər tərəfindən yaradılan tullantılardır. Ən varlıların 0.1 faizinin (7 milyon dollardan çox sərvəti olanlar) payına isə belə tullantıların təxminən 17%-i düşür. Müqayisə üçün qeyd edək ki, Yer kürəsi əhalisinin ən yoxsul yarısının payına yalnız istixana tullantılarının 3% düşür.
Təşkilat bildirir ki, iqlim siyasəti uzun illərdir yalnız istehlakçılara yönəlib. İndi isə diqqət insanların nəyə sahib olduğuna və vəsaitlərini haraya investisiya etdiyinə yönəldilməlidir. Bir çox qurumun bu cür investisiyaları məhdudlaşdıracağı barədə vədlərinə baxmayaraq, ötən il nəhəng banklar və investorlar qazıntı yanacaqlarına 900 milyard dollar sərmayə qoyublar.
