Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Baş Qərargahının növbəti iclasını keçirib.
İclasda bir sıra mövzular müzakirə edilib.
İclas iştirakçıları hücum əməliyyatları, cəbhənin silah və digər lazımi şeylərlə təmin olunması ilə bağlı problemlər ətrafında fikir mübadiləsi aparıblar.
Həmçinin, mühüm enerji infrastrukturunun mühafizəsi planının icrası və Ukraynanın qarşıdan gələn qışa hazırlığı müzakirə edilib.