Bakıda avtomobil 5 yaşlı uşağı vurub.
Hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb.
Belə ki, hərəkətdə olan avtomobil yolu keçmək istəyən 2018-ci il təvəllüdlü Arzu Rövşən qızı Ağayevanı vurub.
Yaralı təcili tibbi yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona sağ körpücük sümüyünün sınığı diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.