Fransanın paytaxtı Parisdəki parataekvondo üzrə dünya Qran-Prisində iştirak edən Azərbaycan təmsilçilərinin hər biri medal qazanıb.
Sabir Zeynalov (58 kiloqram), İmaməddin Xəlilov (70 kiloqram) və Əbülfəz Abuzərli (80 kiloqram) öz çəki dərəcələrində fərqləniblər.
Bürünc medal uğrunda görüşlərdə qalib gələn idmançılarımız fəxri kürsünün üçüncü pilləsinə qalxıblar.
Qeyd edək ki, yarış Paris-2024 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandırır.