XƏBƏRLENTİ

xeberlenti.com

Türkiyənin ticarət naziri Novakla Ankara və Moskvanın prioritetlərini müzakirə edib

Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Tayyib Ərdoğan bazar ertəsi Soçidəki görüşdə taxıl müqaviləsi ətrafındakı vəziyyəti və digər məsələləri müzakirə ediblər.
 Türkiyənin ticarət naziri Ömər Bolat Rusiya baş nazirinin müavini Aleksandr Novak ilə Ankara və Moskvanın ikitərəfli ticarətdəki prioritetlərini, logistika və gömrük sahəsində gözləntiləri müzakirə edib.
Bu barədə Ömər Bolat özünün X (keçmiş Twitter) səhifəsində məlumat verib.

Xatırladaq ki, Rusiya və Türkiyə Prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan bazar ertəsi Soçidə görüşüblər. Bu, onların təxminən bir illik fasilədən sonra ilk şəxsi görüşü olub. Prezidentlər taxıl müqaviləsi ətrafındakı vəziyyəti və digər məsələləri müzakirə ediblər.
Putin bildirib ki, təxminən iki-üç həftədən sonra Rusiya altı Afrika ölkəsinə pulsuz taxıl tədarük etməyə başlayacaq. Ərdoğan qeyd edib ki, Ankara Rusiya taxılının ehtiyacı olan ölkələrə sonrakı daşınması üçün emalına kömək etməyə hazırdır və Afrika ölkələrinə ərzaq çatdırılması üçün birgə addımların atılacağına ümid edir.

About Author