Rusiyanın neft və təbii qaz gəlirləri cari ilin 8 ayında keçən ilin eyni dövrü ilə müqayisədə 38 faiz azalaraq 4,8 trilyon rubla (təxminən 50 milyard dollar) çatıb. İyul ayı ilə müqayisədə isə 20 azalaraq 642,7 milyard rubla enib.
Bu barədə “Bloomberg” agentliyinə istinadla xəbər veririk.
Ukrayna müharibəsi səbəbindən bəzi Qərb ölkələri Rusiya nefti və təbii qazının idxalını dayandırıb, yaxud əhəmiyyətli dərəcədə azaltmaq qərarına gəlib.