XƏBƏRLENTİ

xeberlenti.com

Son bir ayda Dövlət Məşğulluq Agentliyi 1444 şəxsi peşə kurslarına cəlb edib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi tərəfindən bu ilin avqust ayı ərzində 1444 şəxs əmək bazarının tələblərinə uyğun peşə hazırlığı kurslarına cəlb olunub.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən  verilən məlumata görə, onlardan 500 nəfəri üçün Agentliyin Bakı, Gəncə və Göyçay, 944 nəfəri üçün isə özəl tədris müəssisələrində peşə kursları təşkil olunub. Kurslarda iştirakçılara müxtəlif peşələr üzrə nəzəri və praktiki biliklər tədris edilir.

Kursları bitirənlərin yeni yiyələndikləri peşələr üzrə işlə təminatına dəstək verilməsi işləri də aparılır. Ötən ay peşə hazırlığı kurslarını bitirən 834 nəfərdən 795-i (95,3 faizi) işlə təmin olunub.

About Author