“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiyanın dövlət başçısı Vladimir Putin arasında Soçidə keçirilən görüşdə Qarabağla bağlı kompromis əldə olunub”.
Bunu politoloq Qabil Hüseynli deyib.
Onun sözlərinə görə, söhbət Qarabağın dağlıq hissəsində yaşayan erməni sakinlərin Azərbaycana reinteqrasiyası məsələsindən gedir. İkinci məsələ isə həmin əraziyə ərzaq yüklərin daşınmasıdır: “Fikrimcə, Rusiya Azərbaycanın səylərini dəstəkləyir. Təsadüfi deyil ki, Putinlə Ərdoğanın görüşündən sonra Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Ağdam-Xankəndi yolu ilə bağlı müsbət mesajlar verdi. Onu da deyim ki, ermənilər Azərbaycana reinteqrasiya məsələsində konstruktivlik nümayiş etdirməlidirlər. Təəssüf ki, biz bunu görmürük”.