İranın Baş prokuroru Azərbaycana gəlib.
Bu barədə ISNA İranın Azərbaycandakı səfirliyinə istinadən məlumat yayıb.
Səfər çərçivəsində Mohadi İƏT-ə üzv ölkələrin baş prokurorlarının dördüncü iclasında iştirak edəcək. Qeyd edilib ki, Mohadi Azərbaycanın Baş prokuroru Kamran Əliyevlə, eyni zamanda, Rusiya və Türkiyədən olan həmkarları ilə də görüşüb müzakirələr aparacaq.