Ermənistan Prokurorluğu eks-prezident Serj Sarkisyanın dövlət vəsaiti hesabına məşhur Baden-Baden kurortuna getdiyini sübut edə bilməyib.
Baş Prokurorluqdan “Sputnik Armenia”ya verilən məlumata görə, təqdim olunan materiallarda cinayət tərkibi aşkar olunmadığı üçün işə xitam verilib.
Bu cinayət işi Sarkisyanın 2008-2017-ci illərdə prezident olduğu zaman hər ilk Baden-Badenə getməsi ilə bağlı hələ 2021-ci ilin oktyabrında başlayıb. Bundan əvvəl deputat Xaçatur Sukiasyan eks-prezidentin orada 100 milyon dollar uduzduğunu iddia etmişdi.